Kolumbiya Prezidenti Gustavo Petro İsrail qüvvələrinin Qəzzaya doğru yola çıxan donanmanı beynəlxalq sularda ələ keçirməsindən sonra ölkədəki İsrail diplomatik heyətini ölkədən çıxarıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilb ki, Petro baş verənləri beynəlxalq cinayət kimi qiymətləndirib.
O həmçinin iki kolumbiyalı qadının beynəlxalq sularda həbs olunmasını pisləyib.
Qeyd edək ki, Kolumbiya İsraillə diplomatik əlaqələrini 2024-cü ildə kəsmişdi. Lakin AFP-yə danışan bir mənbəyə görə, ölkədə hələ də diplomatik statusa malik dörd israilli var idi.
Bu şəxslərin ölkədən çıxarılması ilə Kolumbiya-İsrail münasibətlərində gərginlik yeni mərhələyə keçib.