AZ

Saakaşvilidən təcili çağırış: Hərəkətə keçirik

BAKI, 2 oktyabr. TELEQRAF

“Hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq.

“Bütün bunlar olarsa, ümumi ümidsizlik baş qaldıracaq və Qərb bizdən əl çəkəcək. Ona görə də ayın 4-də ayağa qalxmaq, ölkəmizi xilas etmək üçün son şansdır. Odur ki, 4-də gəlin və sona qədər dayanın. Azadlıq indi və ya heç vaxt”, - Saakaşvili vurğulayıb.

Oktyabrın 4-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. M.Saakaşvilinin Milli Hərəkat Partiyası həmin gün Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Partiya təmsilçiləri nümayişlər zamanı sərt addım ata biləcəklərini açıqlayıblar. Gürcüstan rəsmiləri mümkün hadisələri Saakaşvilinin hakimiyyətə qaytarılması üçün təxribatçı plan hesab edir.

Seçilən
43
teleqraf.com

1Mənbələr