AZ

Elon Maskın sərvəti bu qədər oldu - Dodaquçuqladan rəqəm

Tesla-nın baş direktoru İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs oldu.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hesablama gününün sonunda Maskın sərvəti 499,1 milyard dollar olaraq qeydə alınıb.

Maskın sərvətindəki artım Tesla səhmlərinin bərpası , həmçinin onun süni intellektlə işləyən xAI startapının və onun kosmik şirkəti SpaceX-in qiymətləndirilməsi ilə bağlı olub.

Elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri ilin əvvəlindən bəri təxminən 14 faiz dəyər qazanıb.

Muskdan sonra Forbes Milyarderlər Siyahısında Oracle-ın qurucusu Larri Ellison və Meta-nın qurucusu Mark Zukerberq gəlir.

2020-ci ilin avqustunda sərvəti 100 milyard dolları keçən Mask, təxminən 190 milyard dollar sərvəti ilə ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı adamı adını qazandı.

Seçilən
36
4
manset.az

10Mənbələr