AZ

Türkiyədə Əməkdar artistə kök hüceyrə tətbiq edildi

Əməkdar artist Ehtiram Hüseynov müalicə olunmaq üçün Türkiyəyə yollanıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər "Real TV"də nümayiş olunub.

5 ildir dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanənədə açıqlamasında bildirib ki, ona kök hüceyrə tətbiq edilib.

"Xəstəliyin müalicəsində birinci mərhələ olub. Üç mərhələ olmalıdır. İnşallah üçüncü mərhələdən sonra hər şey yaxşı olar. Müalicənin kök hüceyrə tətbiqi mərhələsinə göstərdikləri dəstəyə görə, dövlətimizə və xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm. Fondun dəstəyini hər zaman öz üzərimdə hiss etmişəm" - deyə sənətçi qeyd edib.

Ətraflı videoda:

Seçilən
15
far.az

1Mənbələr