AZ

Avropa Şurasının prezidenti Aİ-nin Ukrayna qarşısında öhdəliklərini xatırladıb

Avropa Şurasının sədri Antonio Kosta bəyan edib ki, Avropa İttifaqı Ukraynanın siyasi birliyə qoşulması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin bir hissəsini indi yerinə yetirməlidir...

Poliqon xəbər verir ki, onun sözlərini “European Pravda” qəzeti sitat gətirib.

O vurğulayıb ki, Kiyev Avropaya inteqrasiya üçün bütün zəruri islahatları həyata keçirir və Brüssel də bunu etiraf edir.

"İndi öz öhdəliklərini yerinə yetirmək növbəsi Aİ-nindir. Axı genişlənmə ləyaqətə əsaslanan prosesdir. Genişlənmə isə Avropanı daha güclü edəcək", Kosta bildirib.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr