AZ

Bu günə olan MDB oyunları

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan – Küveyt, Qazaxıstan – Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya – Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.

Yevlaxda boks, Xankəndidə isə oxatma yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
26
14
nocomment.az

10Mənbələr