AZ

“Qarabağ” UEFA reytinqində “Sevilya” və “Seltik”i geridə qoyub

Çempionlar Liqasının 2-ci turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbə “Qarabağ”a UEFA klub reytinqində üç pillə irəliləmə imkanı verib.

Ağdam klubu 39 xalla Belçikanın “Gent”ini, İspaniyanın “Sevilya”sını və Şotlandiyanın “Seltik”ini arxada qoyaraq 58-ci yerdən 55-ci pilləyə yüksəlib.

“Gent” və “Sevilya” bu mövsüm avrokuboklarda iştirak etmir. “Seltik” isə 38 xalla Avropa Liqasında mübarizəni davam etdirir və “Braqa” ilə qarşılaşmada qələbə qazanacağı halda “Qarabağ”ı keçmək şansı var.

Komanda reytinqinə gəlincə, “Qarabağ”ın qələbəsi Azərbaycan futboluna 0,5 xal qazandırıb. Ölkəmiz 22 xalla 25-ci pillədə qalsa da, Serbiyaya (22,375 xal) bir qədər də yaxınlaşıb.

N.Təbrizli

Seçilən
48
50
anews.az

10Mənbələr