AZ

Bu il Misir turizmdən 10 milyard dollara yaxın gəlir əldə edib

Bakı. Trend:

Bu ilin yeddi ayı ərzində Misirin turizmdən gəlirləri 9.6milyard dollara çatıb. Ölkəyə iyul ayının sonunadək təxminən 10milyon turist gəlib.

Trend xəbər verir ki, bunuMisirin turizm naziri Şərif Fəthi yerli televiziya kanalınaaçıqlamasında bildirib.

Qeyd edilməlidir ki, turizm sektoru ölkə üçün ən vacib valyutamənbələrindən biri hesab olunur. Misir sahil kurortları və Nil çayıüzərində təşkil olunan su gəzintiləri sayəsində Orta Şərqdə ənyaxşı istirahət məkanlarından biri kimi tanınır. Bölgədəkigeosiyasi gərginliyin azalmasından sonra ölkəyə gələn turistlərinsayında artım qeydə alınıb.

Bundan əlavə, Misir turist axınını təmin etmək üçün hotelotaqlarının sayını artırmaq üzərində işləyir. Misir hökuməti2031-ci ilə qədər 340 min yeni hotel otağı əlavə etmək məqsədilə35.4 milyard dollar dəyərində investisiya cəlb etməyi planlaşdırır.Bu addımla hotellərin ümumi otaq sayı 568 minə çatacaq. Müqayisəüçün deyilməlidir ki, 2024-cü ilin sonuna olan statistikaya görə,ölkədə hotellərin otaq sayı 228 min olub.

Seçilən
23
5
az.trend.az

6Mənbələr