AZ

Mask 500 milyard dollar sərvəti olan ilk şəxs olub

Amerikalı sahibkar İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.

APA-nın məlumatına görə, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Jurnal qeyd edir ki, Şərq vaxtı ilə saat 15:30-da (oktyabrın 1-i Bakı vaxtı ilə 23:30) Tesla və “SpaceX”in baş direktoru, “X” sosial şəbəkəsinin sahibi və “Neuralink” neyrotexnologiya şirkətinin sərvəti 500 milyard dollara çatıb.

Forbesin hesablamalarına görə, oktyabrın 2-də Bakı vaxtı ilə saat 12:15-ə olan məlumata görə, Maskın sərvəti 500,5 milyard dollara yüksəlib.

Seçilən
54
34
apa.az

10Mənbələr