AZ

Qurban Qurbanov Elvin Cəfərquliyevin oyunun ən yaxşı futbolçusu seçilməsi barədə danışdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında Elvin Cəfərquliyevin oyunun ən yaxşı futbolçusu seçilməsi barədə danışıb.
Oxu.Az xəbər verir ki, baş məşqçinin sözlərinə görə, ilk olaraq komandanın oyunçusunun, eyni zamanda azərbaycanlı futbolçunun Avrokuboklarda ən yaxşı futbolçu seçilməsi onu çox sevindirir:
"Əlbəttə ki, buna sevinirəm. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, o, öz idman formasından aşağı səviyyədə oynayıb, amma sonra qalxıb və yenidən mübarizə aparıb. Elvində bir az stabillik çatışmır. Son oyunlarda isə ciddiləşib, bəlkə mən də onunla daha ciddi rəftar edirəm. Ona bel bağlamaq olmaz".
Qurbanov əlavə edib ki, futbolçular hər zaman diqqətli olmalı və potensiallarından aşağı çıxış etməməlidirlər:
"Bəlkə Elvinə bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və yetkin futbolçu olsun. Amma bir neçə il gözləsək, bu, komandamız üçün yaxşı olmaz. Hər bir halda çalışırıq ki, onu əldə saxlayaq. Mən əminəm ki, bu, Elvinin tam potensialı deyil. Əgər daha ciddi olsa və futbol barədə daha çox düşünsə, uğurları bundan da böyük olacaq".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" - "Kopenhagen" oyunu Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Seçilən
19
oxu.az

1Mənbələr