BAKI, 2 oktyabr. TELEQRAF
Amerikalı sahibkar İlon Maskın sərvəti 500 milyard dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Beləliklə, Mask sərvəti yarım trilyon dolları keçən ilk insan olub.
Jurnal xatırladıb ki, 2020-ci ilin mart ayında onun sərvəti cəmi 24,6 milyard dollar qiymətləndirilib. Beş ay sonra Tesla səhmlərinin sürətlə artması sayəsində o, tarixdə 100 milyard dollara çatan beşinci şəxs oldu. 2021-ci ilin sentyabrında Maskın sərvəti 200 milyard dollar, 2021-ci ilin noyabrında 300 milyard dollar, 2024-cü ilin dekabrında isə 400 milyard dollar olaraq qiymətləndirilib.
"Forbes"in proqnozlarına görə, mövcud tendensiyalar davam edərsə, Mask 2033-cü ilin martına qədər trilyonçu ola bilər.
Dünyanın ən varlı adamları sıralamasında Maskdan sonra "Oracle"ın sədri Larri Ellison (351,6 milyard dollar), "Meta"nın həmtəsisçisi Mark Zukerberq (246,1 milyard dollar), "Amazon"un qurucusu Ceff Bezos (233,2 milyard dollar) gəlir.