1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Futbolçularım çəkinmədilər, sona qədər mübarizə apardılar".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen" üzərində 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, Çempionlar Liqasının qrup mərhələsində yaxşı nəticə qazanacaqlarına əvvəlcədən inanıb:
"Mən futbolçularıma meydanda inamlı olmağı tövsiyə edirəm. Bəlkə 6 xal gözləmirdim, amma yaxşı nəticə əldə edəcəyimizə inanırdım".
Qeyd edək ki, "Qarabağ" ÇL-in əsas mərhələsinin ilk turunda güclü "Benfika"ya səfərdə qalib gəlib - 2:3.