AZ

“Real"la oyunundan sonra “Kayrat”ın qapıçısına sürpriz hədiyyə - VİDEO

“Forbes”in 30 yaşadək futbolçular siyahısında yer alan sahibkar Uluqbek Şaripov Çempionlar Liqasının ikinci turunda “Real Madrid”ə 5:0 hesabı ilə uduzduqları oyundan sonra “Kayrat”ın 18 yaşlı qapıçısı Şerxan Kalmurzaya Çinin “Exeed” markalı avtomobili hədiyyə edib.

90deqiqe.Az-ın məlumatına görə, hədiyyə II turda UEFA Çempionlar Liqasının əsas mərhələsində “Real” (0:5) ilə oyundan sonra təqdim olunub.

18 yaşlı qolkiper bu barədə sosial şəbəkədə paylaşdığı videoda bildirib: “Kiçik bir hədiyyə. Çox yaxşı iş gördün, bizə çoxlu emosiyalar bəxş etdin. Ən əsası – dayanma.”

Kalmurza isə həmin anı paylaşaraq yazıb: “Sən əsl kişisən, sənə hörmət edirəm. Yenidən təşəkkürlər.”

Qeyd edək ki, matçda “Real”ın qələbəsini Kilian Mbappe het-triklə, həmçinin Eduardu Kamavinqa və Braim Dias qolları təmin edib.

Seçilən
93
3
90deqiqe.az

4Mənbələr