Qahirə, 1 oktyabr, AZƏRTAC
Danimarkanın “Maersk” yükdaşıma və konteyner şirkəti yenidən Süveyş kanalından istifadəyə dəvət edilir.
AZƏRTAC “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, Süveyş kanalının İdarə Heyətinin sədri Usamə Rabi deyib.
Rabi qeyd edib ki, bu yaxınlarda şərqi Port Səid limanında konteyner terminalı genişlənmədən sonra fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Danimarka şirkəti Yəmən husilərinin hücumları nəticəsində Qırmızı Dənizdə yaranmış eskalasiyadan sonra Süveyş üzərindən yükdaşımalarını dayandırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə