AZ

Tramp Si Cinpinlə görüşməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını açıqlayıb.

Busaat.az xəbər verir ki, Amerika lideri “Truth Social” sosial şəbəkəsində görüşün dörd həftə sonra baş tutacağını yazıb.

Görüş zamanı tərəflər ABŞ-dan Çinə soya tədarükünü müzakirə edəcəklər.

“Bizim soya fermerlərimiz əziyyət çəkir, çünki Çin sırf danışıqlar səbəbi ilə onları almır. Biz tariflərdən o qədər pul qazanmışıq ki, bu pulun kiçik bir hissəsini götürüb fermerlərimizə kömək edəcəyik”, – deyə Tramp deyib.

Siyasətçi əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Pekinə Vaşinqtonun milyardlarla dollarlıq kənd təsərrüfatı məhsullarını almağa imkan verən Çinlə sazişi həyata keçirə bilməyib:

“Dörd həftədən sonra mən Çin prezidenti Si Cinpinlə görüşəcəyəm və soya paxlası əsas müzakirə mövzusu olacaq”,-deyə Tramp yekunlaşdırıb.

Xatırladaq ki, avqust ayında Amerika lideri Çini ABŞ soya paxlasının alışını dörd dəfə artırmağa çağırıb.

Yeganə

Seçilən
90
busaat.az

1Mənbələr