AZ

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya ötürülüb.

Trend xəbər verir ki,Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenzya,şuranın oktyabr ayı üzrə gündəliyi ilə bağlı mətbuat konfransıkeçirib.

Diplomat bildirib ki, oktyabr ayında TŞ-nin diqqət mərkəzindəYaxın Şərq, Afrika və digər regional məsələlər olacaq. O qeyd edibki, şura 23 oktyabrda Yaxın Şərq mövzusunda açıq debat təşkiledəcək və BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Yaxın Şərq sülhprosesi üzrə xüsusi koordinatorunun müavini və rezidentəlaqələndiricisi Ramiz Ələkbərov TŞ-də çıxış edəcək.

Səfir vurğulayıb ki, 24 oktyabr – BMT Günündə, BMTNizamnaməsinin qüvvəyə minməsinin 80 illiyi münasibətilə xüsusidebat keçiriləcək:

*"Bu debat BMT-nin yalnız keçmişin mirası olmadığını, eynizamanda bu gün və gələcək üçün ən vacib çağırışları həll etməkdəunikal mexanizm olduğunu göstərmək üçün fürsət olacaq."*

Oktyabrın 6-da isə qadınların sülh və təhlükəsizlikdə rolunahəsr olunmuş debat təşkil olunacaq. Nebenzya bildirib ki, bu debatTŞ-nin 1325 saylı qətnaməsinin qəbulundan 25 il keçməsinə həsrolunacaq.

Diplomat həmçinin Afrika İttifaqı ilə əməkdaşlığa xüsusi önəmverdiklərini qeyd edib.

Səfir İranla bağlı "snapback" mexanizmini qeyri-legitim hesabetdiklərini bildirib:

*"Bizim üçün bu mexanizm mövcud deyil, 2231 saylı qətnamə isə 18oktyabr 2025-ci ilədək qüvvədə qalacaq."*

Nebenzya əlavə edib ki, hazırda Ukrayna məsələsi TŞ-ningündəliyində yer almır, lakin üzv ölkələr müraciət edərsə,müzakirəyə çıxarıla bilər:

*"BMT Təhlükəsizlik Şurasının iş metodları 80 ildir dəyişməzqalıb. Rusiya sədrlik müddətində prosedurların qorunmasına,nizam-intizama və effektivliyə ciddi diqqət yetirəcək,"* – deyəsəfir qeyd edib.

Diplomat həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının oktyabrgündəliyinə yeni baş katibin seçilmə prosesinin başlanması da daxilolacaq. Onun sözlərinə görə, ilin sonuna qədər BMT TŞ və BaşAssambleya rəhbərlərinin birgə məktubu ilə prosedura start veriləbilər.

Seçilən
10
6
az.trend.az

10Mənbələr