AZ

Kəpəyə son: Şampununuza 1 damla əlavə edin, problem qalmasın!

Baş dərisində yaranan kəpək problemini aradan qaldırmaq üçün yeni bir təbii üsul gündəmə gətirilib.

News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çay ağacı yağı kəpəyə səbəb olan göbələk növlərinə qarşı olduqca təsirlidir.

Antifungal və antibakterial xüsusiyyətlərə malik olan çay ağacı yağı saç dərisində qaşıntı və pullanmanı azaldır. İstifadəsi də çox sadədir: Saç yuyarkən şampuna 1-2 damla çay ağacı yağı əlavə etmək kifayətdir.

Başqa bir üsul isə bu yağı Hindistan qozu yağı ilə qarışdıraraq saç dərisinə masaj etməkdir. Qarışım təxminən 30 dəqiqə saxlandıqdan sonra saç adi qaydada yuyulur.

Mütəxəssislər bu metodun həm qadınlar, həm də kişilər üçün uyğun olduğunu bildirirlər. Kimyəvi məhsullara alternativ hesab edilən bu təbii üsul kəpəklə mübarizədə effektiv nəticələr göstərir.

Xeyrənsə Piriyeva

Seçilən
231
news24.az

1Mənbələr