AZ

Bakıda keçiriləcək triatlon üzrə beynəlxalq yarış xarici azarkeşləri Azərbaycana gətirəcək - Milanə Xəlilova

Bakı. Trend:

Azərbaycanda ilk dəfə “IRANMAN 70.3 BAKU” yarışı keçiriləcək.Bu, çox maraqlı və təntənəli tədbir olacaq. Çünki yarış həyəcanıBakımızın tam mərkəzində yaşanacaq.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Triatlon Federasiyasında yığma komandanınüzvü Milanə Xəlilova deyib.

Tratlonçu bildirib ki, yarışın məsafəsi 1,9 kilometr üzgüçülük,90 kilometr velosipedçilik, 21,1 kilometr qaçış təşkil edir:

“Xəzər dənizində üzəcəyik, oradan çıxıb şəhərimizin ən gözəlyerlərindən biri olan Neftçilər prospektində velosiped sürəcəyik,tariximizi özündə əks etdirən İçərişəhərdən də keçəcəyik, qaçışmərhələsi isə Bakı bulvarında olacaq.

Yarışın marşrutuna Bayıl qəsəbəsi, Bibiheybət məscidi, Neftçilərprospekti, Kukla teatrı, İçərişəhər, Qız qalası və digər tarixiərazilər daxildir.

İdmançılar şəhərin müxtəlif səmtlərindən keçib şəhərimizingözəlliyi ilə öz gözləri ilə tanış olacaqlar”.

Milli komandanın üzvü vurğulayıb ki, müxtəlif qitələrdənidmançıların qatılacağı turnir bütün dünyada səbirsizlikləgözlənilir:

“Bu yarış bütün idmançılar üçün olduğu kimi mənim üçün də çoxhəyəcanvericidir. Mübarizədə ölkəmizi layiqincə təmsil etmək üçüntəbii ki çox çalışmaq lazımdır. Cəmi bir il vaxtımız var. Lakin bumüddət ərzində çox ciddi məşqlər edib özümüzü tam hazır vəziyyətəgətirəcəyik ki, nəticə əldə edə bilək”.

İdmançı əlavə edib ki, IRANMAN yarışının da özünəməxsus çılğınazarkeşləri var. Bu yarış həmin azarkeşlərin turist kimi ölkəmizəcəlb edilməsində özünəməxsus rol oynayacaq:

“Biz Özbəkistandakı yarışda azarkeşlərin dəstəyini, marağınıhiss edirdik. İnsanlar idmançıların formalarını geyinərəkmusiqilərlə, şüarlarla onları qələbəyə səsləyirdilər.

Bundan da böyükmiqyaslı beynəlxalq idman yarışı doğma Bakımızdakeçiriləcək. Bu, xeyli sayda idmansevərin paytaxtımıza gəlməsi, öztarixi və müasirliyi ilə göz oxşayan şəhərimizə turist axınınınolması mənasına gəlir.

Dünyanın dörd bir yanından olan idmansevərlər Bakımızda biraraya gələcək və ölkəmizdən çox müsbət təəssüratlaayrılacaqlar”.

Seçilən
41
az.trend.az

1Mənbələr