AZ

Güzəştli gediş haqqı kartları tətbiq ediləcək? -

Xəbər verdiyimiz kimi, bu gündən etibarən ictimai nəqliyyatda minimum gediş haqqı 60 qəpik müəyyən olunub. Tarif dəyişikliyi birmənalı qarşılanmayıb. Bir çox vətəndaş tələbələr, məktəblilər və təqaüdçülər üçün güzəştli kartların tətbiqini təklif edir. Bəs yaxın zamanda belə güzəştli gediş haqqı kartlarının tətbiqi planlaşdırılır? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, güzəştli gediş haqlarının tətbiqi üçün ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Sözügedən güzəştlərin tətbiqi məsələsinə yalnız nağdsız ödənişlərə tam keçid təmin olunduqdan sonra baxıla bilər. Həmçinin qurumun açıqlamasında qeyd edilib ki, tarif dəyişikliyi sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidi sürətləndirir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
15
metbuat.az

1Mənbələr