AZ

Azərbaycan badminton millisi yarımfinalda məğlub olub

Azərbaycanın badminton millisi III MDB Oyunlarında növbəti matçına çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, qarışıq komanda yarışlarının yarımfinalında yığmamız Rusiya ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Finalda Rusiya, Belarusu 3:0 hesabı ilə məğlub edən Özbəkistanla üz-üzə gələcək. Həlledici qarşılaşma oktyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Seçilən
66
90deqiqe.az

1Mənbələr