Çörək otu (“qara zirə”) əsrlərdir təbii şəfa mənbəyi kimi tanınır. Xüsusilə yağı düzgün istifadə olunduqda çoxsaylı faydalar verir. Mütəxəssislərə görə, yatmazdan əvvəl 1 qaşıq çörək otu yağı içmək bədəni yeniləyir və müxtəlif sağlamlıq problemlərinə dəstək olur.
Sherg.az onun əsas faydalarını təqdim edir:

İmmuniteti gücləndirir: İçindəki timokinon maddəsi orqanizmi zərərli mikroblardan qoruyur.
Yuxunu yaxşılaşdırır: Sinir sistemini sakitləşdirərək rahat yuxu təmin edir.
Mədə və həzm üçün faydalıdır: Gecə qəbulu mədə yanması, şişkinlik və həzm problemlərini azaldır.
Kilo verməyə kömək edir: Açlıq hissini azaldır və metabolizmi sürətləndirir.
Dəri və saç üçün təbii gözəllik: Antioksidant təsiri ilə toksinləri atır, dərini parlaq, saçları isə güclü edir.
Qan şəkərini tarazlayır: Xüsusilə diabet riski olanlar üçün faydalıdır.

Və diqqət:
Gündə 1 qaşıq kifayətdir, çoxu mədəni yorar. Hamilə və süd verən qadınlar həkim məsləhəti olmadan istifadə etməməlidir. Daimi dərman qəbul edənlər (xüsusilə qan təzyiqi və şəkər dərmanları) mütləq həkimlə məsləhətləşməlidir.