AZ

Makron Rusiyanın “yeni təxribatlarına” sərt cavab veriləcəyini bəyan etdi

BAKI, 1 oktyabr. TELEQRAF

NATO ölkələri Rusiyanın “yeni təxribatlarına” cavablarını “gücləndirməlidir”.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Kopenhagendə keçirilən Avropa sammiti çərçivəsində Almaniyanın “Frank furter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Strateji qeyri-müəyyənlik doktrinasına uyğun olaraq, sizə deyə bilərəm ki, heç nə istisna edilmir”, - Fransa lideri Rusiya təyyarələrinin Avropa hava məkanını pozmasından danışarkən əlavə edib.

Bundan başqa, Makron Avropanın Rusiya ilə qarşıdurmada olduğunu bəyan edib və Avropanın hərbi potensialını uzaqmənzilli raketlər, pilotsuz uçuş əleyhinə sistemlərlə gücləndirməyə çağırıb. Rusiyanın “müxtəlif hücumları” fonunda Fransa prezidenti hesab edir ki, cavab “cəld” olmalıdır.

“Heç bir zəiflik əlaməti” olmamalıdır və AB hava məkanını pozan hər kəs “cəzalandırılmalıdır” - Makron vurğulayıb.

Seçilən
45
teleqraf.com

1Mənbələr