AZ

“iPhone”larla bağlı yenilənmə ÇAĞIRIŞI

“Apple” əməliyyat sistemindəki səhvləri düzəldən iOS 26 yeniləməsini təqdim edib.

Busaat.az xəbər verir ki, bu barədə “The Daily Express” məlumat yayıb.

Qeyd olunub ki, iOS 26.0.1 bir sıra təhlükəli boşluqları düzəldir. Xüsusilə, CVE-2025-43400 identifikatoru ilə bağlı boşluq “iPhone”un daxili sistemlərində və proqramlarında qəzaya səbəb ola bilər.

“Apple” mühəndisləri istifadəçilər tərəfindən bildirilən bir sıra səhvləri də düzəldiblər. Bunlara “iPhone”larda “Wi-Fi” və “Bluetooth”un qəfil kəsilməsinə səbəb ola biləcək problem, mobil şəbəkə bağlantısı ilə bağlı səhv və proqram nişanları ilə bağlı problemlər daxildir.

Komanda həmçinin “iPhone 17”, “iPhone Air” və “iPhone 17 Pro”da çəkilmiş fotoşəkillərdə artefaktlara səbəb ola biləcək sistem qüsurunu da aradan qaldırıb.

Yeganə

Seçilən
100
busaat.az

1Mənbələr