AZ

Füzuli Dram Teatrının direktorunun oğlu: Fonda müraciət edəcəyik

BAKI, 1oktyabr. TELEQRAF

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadadır və süni tənəffüs aparatına qoşulub.

Bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O qeyd edib ki, atası müəyyən reaksiya göstərir, sabah süni tənəffüs aparatından ayrıla bilər.

Səbuhi Vaqifoğlu vurğulayıb ki, Vaqif Vəliyevin səhhəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcək:

"Atam bir həftədir ki, Məlhəm Beynəlxalq Hospitalına yerləşdirilib. Mədəniyyət Nazirliyinə də bu haqda məlumat verilib. Atamın səhhəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etməyi düşünürük".

Seçilən
57
1
teleqraf.com

2Mənbələr