AZ

Beynəlxalq idman tədbiri yüksək təhlükəsizlik şəraitində keçirilir

BAKI, 1 oktyabr. TELEQRAF

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının keçirildiyi məkanlarda ictimai təhlükəsizlik, o cümlədən yol hərəkəti təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bu məqsədlə tədbirlərin keçirilməsinə cəlb olunan polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Daxili İşlər Nazirliyi tərəfindən yarış iştirakçılarının, eləcə də beynəlxalq idman tədbirini izləməyə gələn çoxsaylı yerli və əcnəbi tamaşaçıların yollarda üzləşə biləcəkləri çətinliklərin həlli üçün də zəruri qabaqlayıcı tədbirlər görülür. Bu xüsusda yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz hərəkətinin təmin olunması və mümkün sıxlıqların qarşısının alınması məsələləri daim nəzarətdə saxlanılır.

Respublikamızın beynəlxalq imicinə təsir göstərən və hazırda dünyanın hər yerindən izlənilən bu mötəbər idman yarışının təhlükəsiz başa çatması üçün hər bir yol hərəkəti iştirakçısından daha məsuliyyətli olmağı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməklə onun yaddaqalan olmasına töhfə verməyi xahiş edirik.

Seçilən
98
7
teleqraf.com

8Mənbələr