AZ

Mərdəkanda qayda pozan sürücü qəza törətdi; “BYD”nin arxası “yoxa çıxdı” VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 30-da səhər saatlarında “Təzə yol” adlanan ərazidə qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı maşın, “BYD” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb “Opel” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Hadisə nəticəsində hər iki minik vasitəsinə maddi ziyan dəyib, sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
avtosfer.az

1Mənbələr