"Beləliklə, şəhərin ətrafındakı mühasirəni gücləndirmişik. Artıq şəhərdən cənuba doğru istənilən hərəkət İsrail Ordusunun nəzarət-buraxılış məntəqələrindən asılıdır. Bu vəziyyət HƏMAS terrorçuları üçün axırıncı fürsətdir. Bütün əsirlər azadlığa çıxmadıqca, müharibəni qurtarmadıqca, terrorçular silahı yerə qoymadıqca əməliyyatları dayandırmayacağıq",- nazir vurğulayıb.
![]() |
Axios:"Vasitəçilər HƏMAS-ı müharibəyə son qoymağa çağırırlar" |
İsrael Katsın bu çıxışı ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş atəşkəs planına iranyönümlü HƏMAS terror təşkilatından cavab gözlənməsi fonunda baş verib. Hazırda bütün tərəflər, o cümlədən vasitəçilər (Qətər, Misir və Türkiyə) təşkilatın planla razılaşıb müharibəni başa çatdırmaq istiqamətində addım atacağını gözləyir.
Firudin Həmidli
AzVision.az