AZ

Xətai RİH icazə verdiyi tikintini FHN dayandırdı - Özbaşınalıq (video) » AzadMedia.az



Bakının Xətai rayonunun Köhnə Günəşli massivi ərazisində tikilməkdə olan binanın üst mətəbəsinin qanunsuz artırıldığı iddia olunur. Azadmedia.az Xalqonlayn-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müzakirə aparılıb. Layihədə 4 mərtəbə nəzərdə tutulsa da, sonradan 5 və 6-cı mərtəbələr tikilib və hazırda 7-ci mərtəbənin tikintisi aparılır.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq FHN-in mətbuat xidmətindən bildirilib ki müvafiq icazəverici sənəd təqdim edilmədiyindən tikinti işləri dayanıb. Xətai Rayon İcra hakimiyyətindən əvvəlcə sorğuya cavab veriləcəyi bildirilsə də, sonradan zənglər cavabsız qalıb.
Xatırladaq ki, Xətai RİH başçısı Rafiq Quliyevdir
https://www.facebook.com/share/v/1LqzFDHpZV/
Seçilən
61
1
azadmedia.az

2Mənbələr