AZ

Azərbaycanda futboldan kənarlaşdırılan klub sahibi: İstirahətə ehtiyacım vardı

BAKI, 1 oktyabr. TELEQRAF

“Əslində istəmədən yanlışlıq olub və sistemə səhv arayış yüklənib. Məsuliyyət mənimdir, problemi üstlənmişəm. Yerində cəzadır. İstirahətə ehtiyacım vardı. Bu, tam yerinə düşdü”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan II Liqasında çıxış edən “Şəki Siti”nin icraçı direktoru Elgün Hüseynov AFFA İntizam Komitəsinin qərarı ilə 6 ay futboldan kənarlaşdırılması barədə də danışarkən deyib.

Klub rəsmisi bunun səbəbini belə şərh edib: “Cəzanın səbəbi sağlamlıq arayışları ilə bağlıdır. Klubun əməkdaşlarından biri arayışları göndərib, mən isə sistemi idarə etmişəm. Apellyasiya şikayətinə ehtiyac görmədik. Klub ev oyunlarını Bakıda keçirir. Mən isə Şəkidə yaşadığıma görə yalnız oyundan-oyuna gəlirdim. Cəzam bitdikdən sonra fəaliyyətimə davam edəcəyəm”.

Qeyd edək ki, Azərbaycan II Liqasında mübarizə aparan "Şəki Siti" komandasının sahibi Elgün Hüseynov AFFA İntizam Komitəsinin qərarı ilə altı ay futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Seçilən
21
teleqraf.com

1Mənbələr