AZ

ABŞ-da yeni qayda - Onlar orduya alınmayacaq

ABŞ-da yeni qərara əsasən kilolu və saqqallı şəxslər orduya alınmayacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat verib.

"Bu gündən etibarən hər bir qüvvə hər bir döyüşçü üçün bütün tələblərin yalnız ən yüksək kişi standartları ilə müəyyən edilməsini təmin edəcək. Artıq həddindən artıq həssaslıq dövrü başa çatıb", - nazir bildirib.

Heqset qeyd edib ki, bəzi komandirlər irq, cinsiyyət kvotaları və ya keçmiş tarixi nailiyyətləri kimi yanlış səbəblərə görə yüksəliblər: "Daha “iqlim dəyişikliyi” yoxdur. Artıq bölünmə, diqqəti yayındıran şeylər, gender cəfəngiyyatları bitdi".

Seçilən
72
publika.az

1Mənbələr