AZ

ADPU 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçirilir. Sərgidə Azərbaycanın tanınmış ali məktəbləri, nəşriyyatlar, kitabın təbliği ilə məşğul olan qurumlar iştirak edirlər.

TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, sözügedən ali təhsil ocağı da 11-ci Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Onun sözlərinə görə, məqsəd ADPU alimlərinin yazdıqları kitabları təbliğ etməkdir: “Bu əsərlər Azərbaycanın elmi-mədəni ictimaiyyəti üçün çox əhəmiyyətlidir”.

Mərkəzin direktoru əlavə edib ki, universitetin stendində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər, professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş etdirilir: “Sərgi iştirakçılarına universitetin keçdiyi tarixi yol haqqında da geniş məlumat veriləcək”.

ADPU-nun rektoru professor Cəfər Cəfərov 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin keçirildiyi Bakı Ekspo Mərkəzinə baş çəkərək rəhbərlik etdiyi universitetin stendi ilə tanış olub, əməkdaşlara öz tövsiyələrini verib.

Həmçinin Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də univeristetin stendi ilə tanış olub.

 

 

Seçilən
21
1
tehsil.biz

2Mənbələr