Qəbələ Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarının badminton üzrə komanda yarışları davam edir.


Rekord.az xəbər verir ki, Azərbaycanın badminton millisi bu gün Belarusa məğlub olub. B qrupunda yer alan təmsilçimiz qarışıq komanda yarışında rəqibinə 0:5 hesabı ilə uduzub.


Birinci günün nəticələrinə əsasən Ülvi Hüseynov, Leyla Camalzadə, Əli Gözəlov, Əmirxan İmanov, Nəzrin Mehrəlizadə və Yağmur Quliyevadan ibarət əsas komandamız A qrupunda ikinci yer tutaraq, yarımfinala adladı.


Qrupu ikinci sırada başa vuran əsas komandamız yarımfinalda “B” qrupunu lideri ilə qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.


Qeyd edək ki, badminton yarışları oktyabrın 5-də başa çatacaq.