AZ

Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı

1 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib.

Marja xəbər verir ki, tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun açılış nitqi ilə başlamyıb.

Ruslan Xəlilov öz çıxışında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan manatında dəyişən faizli istiqraz emissiyasını ölkənin maliyyə sistemi üçün innovativ addım kimi qiymətləndirib.

O, həmçinin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında yerli valyutada ifadə olunan kapital bazarı alətlərinin inkişaf etdirilməsinin və makroiqtisadi sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamyıb.

Tədbirin digər spikerləri Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü Ramin Nurəhmədov, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo, Dentons hüquq firmasının Azərbaycan üzrə İdarəedici Partnyoru Ülviyyə Zeynalova-Boçkin, “ABB – İnvest” İnvestisiya Şirkətinin içraçı direktoru Nadir Babazadə və "Unicapital" İnvestisiya Şirkətinin baş direktoru Vüqar Namazov isə nüfuzlu beynəlxalq maliyyə institutu olan Avropa Yenidənqurma və İnkişaf Bankının dəyişən faizli istiqrazların buraxılması və ilk dəfə olaraq faiz dərəcəsi banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsinə (AZIR – Azerbaijan Interbank Rate) əsaslanması və bununla da istiqrazların Bakı Fond Birjasında listinq olunması həm yerli, həm də xarici investorlar üçün müsbət təsirindən danışıblar.

Xatırladaq ki, təklif edilən istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 100 000 manat (cəmi 50 milyon manat), ödəniş dövrü rüblük, tədavül müddəti 1 ildir. Dəyişən faizli, təminatsız, sənədsiz, adlı istiqrazların yerləşdirmə üzrə anderrayteri “ABB-İnvest” və "Unicapital" investisiya şirkətləridir.

Tədbirin sonunda tərəflərin nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəngi çalıblar. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

BakıFondBirjası AYİB AvropaYenidənqurmavəİnkişafBankı dəyişənfaizlidərəcəli istiqraz manat istiqrazı kapital bazarı AçılışZəngi RuslanXəlilov TərlanRəsulov RaminNurəhmədov MixailQreçixo ÜlviyyəZeynalova-Boçkin NadirBabazadə VüqarNamazov ABB–İnvest Unicapital faiz dərəcəsi AZIR AzərbaycanInterbankRate istiqraz listinqi yerli investor xarici investor nominal dəyər 100000 manat ödəniş dövrü rüblük tədavül müddəti 1 il təminatsız istiqraz sənədsiz istiqraz adlı istiqraz anderrayter ilkin bazar ticarət platforması
Seçilən
23
3
marja.az

4Mənbələr