AZ

NoxudunFAYDALARI

Həkim-terapevt Amir Xan noxudu ən çox dəyəri bilinməyən qida məhsulu adlandırıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Daily Mirror" yayıb.

Mütəxəssisin sözlərinə görə, digər karbohidratla zəngin məhsullardan fərqli olaraq, noxud qanda şəkərin kəskin qalxmasına səbəb olmur. Bundan əlavə, tərkibində bol miqdarda maqnezium və kalium var ki, bu da ürəyin sağlamlığını və normal qan təzyiqini qorumağa kömək edir.

Amir Xan bildirib ki, noxudun tərkibindəki həll olunan lif qıcıqlanmış bağırsaq sindromunun simptomlarını azaldır. Həmçinin bu məhsul bağırsaq xərçənginin profilaktikası üçün əlçatan vasitə sayılır.

Onun sözlərinə görə, noxud qəbul edildikdə orqanizmdə butirat adlı maddə əmələ gəlir. “Bu, yoğun bağırsaqda iltihabı azalda və orada bədxassəli şişlərin yaranma riskini aşağı sala bilən yağ turşusudur”, – deyə həkim vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
82
redaktor.az

1Mənbələr