AZ

Nərmin Rəhim Rəhimlini belə yada saldı

Müğənni Nərmin Kərimbəyova bəstəkar dostu Səfər Zamanla birgə Rəhim Rəhimlinin anım gününə dair virtual duet hazırlayıb.

Far.Az xəbər verir ki, sözü gedən layihədə Nərmin və Səfərlə yanaşı, mərhum sənətçinin ifası və vizual kadrları da yer alıb.

Mahnı seçimi isə mərhumun repertuarından olan "Əzizim" olub. Aranjimanı Rasim Əsgərova, səs uzlaşması Dahin-a aid kompozisiyanı rejissor Fahir Səmədoğlu lenta alıb.

Musiqi studiyasında və xüsusi çəkiliş məkanında ərsəyə gələn klipin əsas süjet xətti, işıqların, kölgələrin rəqsinə və ahənginə köklənib.

Xatırladaq ki, 30 sentyabr Rəhim Rəhimlinin vəfatı günüdür.

Seçilən
63
6
far.az

8Mənbələr