AZ

BP nin yeni regional prezidenti vəzifəsinin icrasına başlayıb

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gündən etibarən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Ciovanni Kristofoli vəzifəsinin icrasına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

Bildirilib ki, Ciovanni Kristofoli BP-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək və regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyimizi davam etdirəcək.

Qeyd edək ki, son 8 ildə şirkətin regiondakı biznesinə Qari Counz rəhbərlik edib. Onun rəhbərliyi dövründə BP regionda bir sıra mühüm uğurlara imza atıb və şirkət tərəfdaşlıqlarını daha da gücləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
bakivaxti.az

4Mənbələr