Basketbol üzrə Avropanın ən mötəbər turniri Avroliqa ötən gün start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

"Anadolu Efes" "Makkabi Təl-Əviv"lə qarşılaşıb. İstanbul klubu yeni baş məşqçi İqor Kokoşlav çıxdığı ilk Avroliqa matçından qələbə ilə ayrılıb - 85:78

Oyunun ən məhsuldar oyunçuları Cordan Loyd və Roland Şmits olub. Onlar hər ikisi 16 xalla oynayıb.

"Real Madrid" və "Barselona" turnirə uğursuz start verib. Madrid klubu "Virtus Bolonya"ya, "blauqrana" isə "Hapoel Təl-Əviv"ə məğlub olub.

Ergin Atamanın çalışdırdığı "Panatinakos" isə "Bayern Münhen"i 8 xal fərqlə məğlub edib - 87:79.

Turnirdə debüt edən "Dubay" komandası evində "Partizan"la qarşılaşıb. BƏƏ təmsilçisinin debütü uğurlu alınıb - 89:76.

Son çempion "Fənərbağça" isə bu gün parketə çıxacaq.