İngiltərə premyer-liqasında baş məşqçi dəyişikliyi olub.
"Football-plus.az" xəbər verir ki, “Vest Hem” rəhbərliyi uğursuz nəticələrə görə Qrehem Potteri istefaya göndərib.
Premyer-liqanın ilk 5 turunda 3 xal qazanan komandaya bundan sonra Nunu Eşpiritu Santu başçılıq edəcək. Portuqaliyalı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Potter “Vest Hem”ə yanvarda təyinat almışdı. Eşpiritu Santu isə bir neçə gün əvvəl “Nottingem Forest”dən ayrılmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta