AZ

Pedaqoji Universitet 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçirilir.
Metbuat.az xəbər verir ki, sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir. Sərgidə ölkənin tanınmış ali məktəbləri, nəşriyyatlar, kitabın təbliği ilə məşğul olan qurumlar iştirak edirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinə direktoru Zinharə Həsənovanın saytımıza verdiyi məlumata görə, sözügedən ali təhsil ocağı da 11-ci Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Mərkəz direktoru bildirib ki, məqsəd ADPU alimlərinin yazdıqları kitabları təbliğ etməkdir: "Bu əsərlər Azərbaycanın elmi-mədəni ictimaiyyəti üçün çox əhəmiyyətlidir". Zinharə Həsənova qeyd edib ki, Pedaqoji Universitetin stendində Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər, professor-müəllim heyətinin müəllifləri olduqları monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin dövri-elmi nəşrləri də nümayiş etdirilir: "Sərgi iştirakçılarına universitetin keçdiyi tarixi yol haqqında da geniş məlumat veriləcək".

ADPU-nun rektoru professor Cəfər Cəfərov 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin keçirildiyi Bakı Ekspo Mərkəzinə baş çəkərək rəhbərlik etdiyi universitetin stendi ilə tanış olub, əməkdaşlara öz tövsiyələrini verib.

Seçilən
21
1
metbuat.az

2Mənbələr