AZ

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərginin açılış mərasimində bildirilib ki, Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur.

Qeyd edilib ki, hazırda sərgidə 123 yerli Azərbaycan şirkəti, eyni zamanda, 23 ölkədən 68 xarici şirkət təmsil olunur”.

İştirakçı ölkələr sırasında Türkiyə və Rusiya kimi böyük kitab bazarına malik dövlətlərin də var.

Sərgi çərçivəsində 250-dən artıq tədbirin keçirilməsi planlaşdırılır. Sərgidə dünya şöhrətli yazıçı və alimlərin iştirakı planlaşdırılır.

Sərgidə gənc və tanınmış yazarlarla görüşlər keçiriləcək, görkəmli yazıçıların əsərlərinə həsr olunmuş tədbirlər təşkil olunacaq.

Bu ilin fəxri qonağı isə Qətər Dövlətidir.

Qeyd edək ki, sərgi oktyabrın 7-dək davam edəcək.

Seçilən
11
4
apa.az

5Mənbələr