AZ

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək, bununla gələcək buraxılışlara yol açacaq.

Bunu EBRD-nin istiqrazlar, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo bildirib.

EBRD rəsmisinin sözlərinə görə, bu, yalnız başlanğıcdır:

"Biz bununla kifayətlənməyəcəyik və əminəm ki, bu əməliyyat həm bizim, həm də digər beynəlxalq maliyyə institutlarının gələcək buraxılışlarına yol açacaq. Mən əminəm ki, onlar bir qədər qısqanacaq və bu əməliyyatdan sonra bizim ardımızca gələcəklər. Bu əməliyyat müxtəlif maraqlı tərəflərin əla əməkdaşlığı olmadan mümkün olmazdı. Mən AMB-yə və şəxsən Taleh Kazımova dərin təşəkkürümü bildirmək istəyirəm. Həmçinin BFB-yə, MDM-ə və bizimlə birlikdə çalışan dəyərli tərəfdaş "Dentons" şirkətinə təşəkkür edirəm. Ümid edirəm ki, bu istiqrazlar tam şəkildə yerləşdiriləcək və gələcəkdə daha da iddialı uğurları birlikdə qazanmağımızı səbirsizliklə gözləyirəm".

AMB: EBRD-nin istiqraz emissiyası bazarda pul transmissiyasının daha yaxşı işləməsi deməkdir

Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) istiqraz emissiyasına bazarda pul transmissiyasının daha yaxşı işləməsi kimi baxır.

Bunu AMB-nin baş direktoru Tərlan Rəsulov istiqrazların yerləşdirilməsi ilə bağlı "Açılış zəngi" tədbirində bildirib.

Onun sözlərinə görə, bu, investorlar üçün şəffaflığın artırılması və faiz dərəcələrinin daha yaxşı idarə edilməsi deməkdir:

"Bütövlükdə AMB olaraq kapital bazarlarında genişmiqyaslı islahatlar davam edir. Bununla bağlı məsələlər 2030-cu il strategiyasında da öz əksini tapacaq. AMB üçün kapital bazarlarının inkişafı prioritet olaraq qalır. EBRD-nin istiqraz emissiyası təkcə maliyyə bazarlarına deyil, həm də Azərbaycan iqtisadiyyatına inamın göstəricisidir, bizim üçün təcrübədir, beynəlxalq standartlara uyğunluqdur".

İş elanları AzVak.az-da

© "Report" 

Seçilən
31
marja.az

1Mənbələr