Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,12% azalaraq 69,86 dollar olub.
Ceyhan limanında FOB bazasında "Azeri Light"ın qiyməti 1,14% azalaraq 68,32 dollar təşkil edib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin noyabr fyuçersləri 67,94 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar nəzərdə tutulub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunur. Layihədə SOCAR-ın payı 31,65%-dir.