AZ

Yaxın 5 ildə ölkəmizdə içməli suya tələbatın 90 %-i ödəniləcək - qurum sədri


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə mühüm faktlar səsələndirib. O qeyd edib ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üçün suvarma tələbatının isə 95 %-i daha səmərəli şəkildə təmin ediləcək.
"2030-cu ilə qədər Azərbaycanın içməli suya tələbatının 90 %-i ödəniləcək. 2040-cı ilə qədər isə həm içməli su, həm də suvarma üzrə tam əhatəliliyə nail olunacaq. Bu məqsədlərə müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələri və səmərəlilik tədbirləri hesabına çatılacaq", - deyə Z.Mikayılov əlavə edib.

Mətləb Salahov

Seçilən
40
1
baki-xeber.com

2Mənbələr