Hüquqşünas Günay Əliyeva Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda estetik əməliyyatlarla bağlı hüquqi tənzimləmələr əsasən “İcbari Tibbi Sığorta haqqında” qanun, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun və digər normativ aktlarla müəyyən olunur:
“Lakin xüsusi olaraq estetik əməliyyatlara dair ayrıca bir qanun yoxdur. Bu o deməkdir ki, estetik əməliyyatlar daha çox ümumi tibbi xidmətlər çərçivəsində qiymətləndirilir. Əsas qayda həkim və pasiyent arasında bağlanan müqavilə və pasiyentin yazılı razılıq sənədidir.
Pasiyent əməliyyatın riskləri barədə əvvəlcədən məlumatlandırılmalı, tibbi sənədlər imzalanmalıdır. Əgər həkim tibbi standartlara əməl etməzsə və nəticədə pasiyentdə sağlamlıq problemləri yaranarsa, məsuliyyət həm mülki, həm də cinayət qanunvericiliyi ilə müəyyən edilir. Lakin estetik əməliyyatların nəticəsi “gözlənti ilə reallıq” arasında fərq olduqda, pasiyentin hüquqlarını qorumaq bəzən çətinləşir. Çünki qanunvericilikdə “gözəllik nəticəsi” deyil, yalnız tibbi səhv və ya səhlənkarlıq əsas götürülür”.
Hüquqşünas qeyd edib ki, bu isə müəyyən boşluq yaradır:
“Məsələn, pasiyent nəticədən narazı qaldıqda, yalnız həkimin tibbi səhvini sübuta yetirə bildikdə kompensasiya tələb edə bilər. Halbuki Türkiyədə olduğu kimi estetik əməliyyatların “əsər” kimi qiymətləndirilməsi pasiyentlərin hüquqlarını daha geniş qoruyur.
Azərbaycanda belə bir mexanizmin tətbiqi həm pasiyentlər, həm də həkimlər üçün hüquqi aydınlıq yaradardı. Ölkəmizdə estetik əməliyyatlarla bağlı normativ bazanın təkmilləşdirilməsinə ehtiyac var. Bu sahədə mübahisələr məhkəmələrdə çox vaxt pasiyentlərin xeyrinə həll olunmur. Türkiyədəki təcrübə Azərbaycanda da hüquqi islahatlar üçün nümunə ola bilər”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
manset.az“Apple” bu “iPhone” modelini köhnəlmiş elan etdi ( 21994303)
-
musavat.comBöyük Britaniyadan Apple-a tələb: Gizli məlumatları aç! ( 21991783)
-
lent.az“Apple” rəsmi olaraq bu “iPhone” modelini köhnəlmiş elan etdi ( 21991468)
-
musavat.comİran və region narkotikin burulğanında – gizli narkolaboratoriyalar sürətlə artır ( 21939694)
-
demokrat.azEstetik əməliyyatı uğursuz alınarsa, pasiyent pulunu tələb edə biləcək? AÇIQLAMA ( 21924145)
-
demokrat.azEstetik əməliyyatı uğursuz alınarsa, pasiyent pulunu tələb edə biləcək? — AÇIQLAMA ( 21923680)
-
metbuat.azİnternetdə böyük fırıldaq - ( 21868186)
-
musavat.comBu halda vətəndaşdan lizinq ödənişi tələb edilə bilməz ( 21772864)
-
teleqraf.com"Apple" bəzi "iPhone" funksiyalarını Avropa İttifaqında təqdim edə bilmir ( 21736699)
-
musavat.comTramp Quterreşə məktub yazdı, BMT-də üzləşdiyi 3 təxribatın araşdırılmasını tələb edir! ( 21723664)