“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi İT avadanlıqların və təhlükəsizlik baryerlərinin icarəsinə (346 483 AZN) və audio-vizual və konfrans sistemləri üzrə avadanlıqların icarəsinə (3 000 000 AZN) ümumilikdə 3 346 483 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidmətləri “Yeni Texnologiyalar” və “Matrixpro” MMC-lər göstərəcəklər.
Müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 1 Oktyabr 2025, 11:03