AZ

Nigar Arpadarai: Təbii fəlakətlər ötən il Azərbaycana ciddi iqtisadi zərər vurub

BAKI, 1 oktyabr. TELEQRAF

Ötən il Azərbaycanda baş verən təbii fəlakətlər ölkə iqtisadiyyatına ciddi maddi zərər vurub.

Teleqraf xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış zamanı bildirib.

O qeyd edib ki, iqlimlə bağlı çağırışların həllində maliyyə amili əsas rol oynayır:

“Ağıllı şəhər konsepsiyası təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına imkan verdiyindən, ölkədə ağıllı şəhər və kəndlərin sayının artırılması vacib hesab olunur. COP29-un nəticələrinə uyğun olaraq, 2030-cu ilə qədər ənənəvi enerji resurslarının istifadəsinin azaldılması nəzərdə tutulur və Azərbaycan bu istiqamətdə zəruri addımlar atır”.

Seçilən
98
teleqraf.com

1Mənbələr