AZ

ABŞ Norveçdə P-8 Poseidon sualtı qayıq əleyhinə təyyarələrini yerləşdirib.

Pentaqon Danimarka, Polşa və Norveçdə baş verən dron insidentləri səbəbindən Şimali Avropada patrul təyyarələrinin mövcudluğunda maraqlıdır.

Newsweek jurnalı xəbər verir ki, ABŞ Norveçdə P-8 Poseidon sualtı qayıq əleyhinə təyyarələrini yerləşdirib.

Məlumata görə, Pentaqonun Danimarka, Polşa və Norveçdə baş verən pilotsuz təyyarə insidentləri, eləcə də "Rusiyadan NATO ölkələrinin sualtı kabel və boru kəmərləri üçün yaratdığı təhlükə" səbəbindən Şimali Avropada patrul təyyarələrinin mövcudluğunda maraqlı olduğu bildirilir.

Boeing P-8 Poseidon patrul missiyalarını yerinə yetirməyə qadir olan sualtı qayıq əleyhinə təyyarədir. O, ABŞ da daxil olmaqla bir sıra NATO ölkələri ilə xidmətdədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı qayıq əleyhinə silahları daşıya bilir.

Əziz MUSTAFA

Seçilən
26
5
oxumeni.az

8Mənbələr