AZ

Qazaxıstanda iki atom elektrik stansiyasının tikintisi planlaşdırılır

Qazaxıstanın Almatı vilayətində iki atom elektrik stansiyasının tikintisi planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat yayıb.

Bildirilib ki, nüvə sənayesi üzrə dövlət komissiyasının iclası keçirilib və Qazaxıstanda AES-in tikintisi üçün ikinci perspektivli sahə müəyyən edilib. 

O əlavə edib ki, hazırda bütün potensial təchizatçılar və müsabiqə iştirakçıları ilə danışıqlar aparılır.

Şəfa Hüseynli

Seçilən
40
15
operativmedia.az

10Mənbələr