AZ

“Telefonsuz gün ən sevdiyim vaxtımdır…”-"Teleqram"ın sahibi

“Teleqram”ın sahibi Pavel Durov müsahibəsində bildirib ki, telefon onun diqqətini yayındırır.

AzPost bildirir ki, o, bloqqer Lex Fridmanla müsahibəsində telefonsuz vaxtı günün ən sevimli hissəsi adlandırıb.

“Diqqətimi yayındırmağa nifrət edirəm. Bunun fəlsəfəsi sadədir. Həyatımda nəyin vacib olduğuna özüm qərar vermək istəyirəm. İstəmirəm ki, başqa insanlar, şirkətlər və ya hər hansı təşkilatlar bu gün nəyin vacib olduğunu və nə barədə düşünməli olduğumu diktə etsinlər. Öz gündəliyinizi yaradın. Telefon ancaq buna mane olur”-deyə Durov vurğulayıb.

Telegram-ın qurucusunun sözlərinə görə, parlaq ideyalar ona yalnız yataqda uzanan zaman gəlir.

“Deyək ki, yuxu üçün 11 və ya 12 saat ayırsam belə, tam 12 saat yatmayacağam. Hər şey ona gətirib çıxarır ki, mən sadəcə yataqda uzanıb düşünürəm. Bəziləri isə buna nifrət edir. “vay, sən  yuxu dərmanı içməlisən.” deyirlər. Amma mən həb qəbul etmirəm”, -deyə Durov əlavə edib.

AzPost.az

Seçilən
93
azpost.info

1Mənbələr