Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Hurriyyet.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.
Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək.
Matç saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur
1 oktyabr 20:45. “Qarabağ” – “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu.